YÜKLƏNİR...

On Stone Group MMC – müasir inşaat həlləri ilə keyfiyyət və etibarı birləşdirən tikinti şirkətidir.

ƏLAQƏ

Əlaqə Məlumatları

Telefon

010 250 05 06

E-poçt

info@onstonegroup.az

Ünvan

Dərnəgül 1, Baksol yolu, Bakı, Azərbaycan

"YUXARI GÖVHƏR AĞA" məscidi

Layihə Açıqlaması

Yuxarı Gövhər ağa məscidi və ya Şuşa Cümə məscidi - Şuşa şəhərinin mərkəzi meydanında yerləşən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Məscidin müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabağidir. Minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib. Burada bərpa işlərinə 2021-ci ilin sonlarından başlanıb.

Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib.

Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib.

Bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb. 

Başlama Tarixi
  • 28 Mart 2026, 11:15
Layihə Adı
"YUXARI GÖVHƏR AĞA" məscidi
Layihə Kateqoriyası
Bərpa və restovrasiya