YÜKLƏNİR...

On Stone Group MMC – müasir inşaat həlləri ilə keyfiyyət və etibarı birləşdirən tikinti şirkətidir.

ƏLAQƏ

Əlaqə Məlumatları

Telefon

010 250 05 06

E-poçt

info@onstonegroup.az

Ünvan

Dərnəgül 1, Baksol yolu, Bakı, Azərbaycan

"SAATLI" məscidi

Layihə Açıqlaması

Məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

Şuşa şəhəri işğal altında olduğu müddətdə Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. Bərpa işlərinə 2021-ci ilin dekabrından başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb.

İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib.

Başlama Tarixi
  • 06 Fevral 2020, 17:53
Layihə Adı
"SAATLI" məscidi
Layihə Kateqoriyası
Bərpa və restovrasiya